Firuzə Cəlilovanın vəzifəyə təyin olunması xəbəri yalan çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Firuzə Cəlilovanın vəzifəyə təyin olunması xəbəri yalan çıxdı

Şou

23 Fevral 2019 13:33 1304


Aparıcı Firuzə Cəlilovanın MGP (M Group Production) şirkətində icraçı direktor vəzifəsinə təyin olunması ilə bağlı xəbərlər yayılıb. M Group Production şirkətin mətbuat xidməti yayılan xəbərləri təkzib edib. 

“Yeni Sabah” xəbər verir ki, açıqlamada qeyd olunur ki, “MGP" (M Group Production), fəaliyyətini hər zaman diqqətdə saxlayan və şirkətin hazırladığı layihələrlə bağlı istənilən xəbərə özəl yanaşan media nümayəndələrinin işini hər zaman yüksək qiymətləndirib.

Fəaliyyət göstərdiyi 16 il ərzində “M Group Production” Azərbaycanın nəinki tanınmış simalarına, aparıcılarına, eləcə də özünə güvənən, bu sahədə çalışmaq arzusunda olan istənilən şəxs üçün öz qapılarını açıb. pizza sifarişi

Aparıcı Firuzə Cəlilova da öz yeni layihələri ilə bizə müraciət edən və tərəfimizdən təşkilati dəstək alan tanınmış aparıcılardan biridir. 

Əksər saytlarda və xəbər portallarında aparıcının “MGP" (M Group Production) icraçı direktor vəzifəsinə təyin olunması xəbərləri yayıldı. “MGP" (M Group Production) olaraq bildirmək istəyirik ki, Firuzə Cəlilova hazırda şirkətlə əməkdaşlıq edir, amma təqdim etdiyi layihələrin icraçı prodüseri kimi.

Aparıcının icraçı direktor vəzifəsinə təyin olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!