Fitrə necə çıxarılmalıdır? - QMİ-dən izah

saytların hazırlanması

Evə çatdırılma

Fitrə necə çıxarılmalıdır? - QMİ-dən izah

Din

27 Fevral 2025 14:06 690


Fitr zəkatının məbləğini ailə sahibi qərarlaşdırır, ancaq İslam dinində fitrə zəkatının çıxarılmasının məbləği var.

Yenisabah.az apa-y istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.

O qeyd edib: “Ən çox istifadə olunan ərzağın 3 kiloqramı dəyərində adambaşına fitrə zəkatı çıxarılmalıdır. Bunu maddi imkana görə yoxsullar və imkanlılar ayırmalıdır. Minimum məbləğ də düşünülə bilər. Ancaq maddi durumu yaxşı olan insanlar bunu minimum yox, orta və ya yuxarı məbləğdən götürsə, yaxşıdır”. Pepperoni pizza

Fuad Nurullayev bildirib ki, fitr zəkatında ən çox buğda unundan, çörəkdən, düyüdən, xurmadan, kişmişdən istifadə olunur: “Maddi imkanı yaxşı olanlar bunları 3 kilodan hesablaya bilər. Minimum heç olmasa, 14-15 manatdan hesablasalar, yaxşı olar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!