Fitrənin məbləği bu il nə qədər?

saytların hazırlanması

Evə çatdırılma

Fitrənin məbləği bu il nə qədər?

Din

18 Aprel 2023 13:52 4362


Ramazan ayı sona çatır, tezliklə Fitr bayramı qeyd olunacaq. Bayramdan bir gün əvvəl çıxarılan fitrənin miqdarı nə qədər olacaq?

Yenisabah.az-a açıqlamasında ilahiyyatçı Müşviq Əsgərov məbləği açıqlayıb:

“Fitrə çıxarmaq hər kəsə vacibdir. O, buğdanın, xurmanın qiyməti ilə hesablanır. Adambaşına 3 kilo. Əvvəlki illərdə 5-10 manat arası təşkil edirdi. İmkanı olan isə adambaşına 10 manat verir. pizza hut

Adətən, fitrələr əsasən bayram namazından sonra verilir. Amma yaxşı olar ki, bayramdan əvvəl verilsin. 

Fitrə imkanı olmayan şəxslərə, o cümlədən dullara, yetimlərə, imkansız şəhid ailələrinə verilməlidir. Fitrəni xurma, buğda ilə də vermək olar. Ancaq pul verilməsi daha yaxşıdır ki, imkansız şəxs onunla istədiyini ala bilsin”.

Pünhan HƏSƏNOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!