Bu gün Azərbaycanın xalq artisti Flora Kərimovanın doğum günüdür.
Yenisabah.az xəbər verir ki, 79 yaşını qeyd edən sənətçi Ağdamın işğalından bəri doğum günlərini qeyd etmədiyini bildirib:
“Bu gün Ağdamın işğalından 27 il ötür! Anası qarabağlı olan mənim ad günümü unutduğum gündür! 27 ildir bu ağrı mənim, millətimin təqvimindədir. Toyuqlu pizza
Bir ana övladının yoxluğuna ağlayırsa, bir övlad atasız qalıbsa, ürəyim sevinə, üzüm gülə bilməz! Haqqım yoxdur! Bağışlayın məni! Bağışlayın ki, yazılan hər xoş sözünüzə, hər yazınıza, sayğınıza tək-tək münasibət fürsətim olmur. Ancaq Sizlərə - xalqa hər zaman təzimim var. Var olun.
Son hadisələr ümid verir ki, Şuşamı, Ağdamı, Qarabağımı görə biləcəyəm. O zəfər günü fərəhimə, qürurlanmağıma səbəb olacaq ki, bu acı günlər qələbəmizlə tariximizin səhifələrində qalacaq!”
Telegram kanalımız