Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Formula-1 yarışlarının keçirilən günlərdə gözlənilən hava şəraiti haqda hava proqnozunu açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, aprelin 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-12, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
Aprelin 27-də hava əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 9-12, gündüz 16-20 dərəcə isti təşkil edəcək. pizza
Aprelin 28-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 10-13, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
Telegram kanalımız