Bu gün “Formula 1” üzrə 2019-cu il dünya çempionatı start götürüb.
"Yeni Sabah" xəbər verir ki, yeni mövsüm Avstraliyanın Melburn şəhərindəki “Albert Park” trasında başlayıb. Artıq yarışda ilk sərbsət yürüşə yekun vurulub.
Bu gün daha bir sərbəst yürüş baş tutacaq. Martın 16-da əvvəlcə 3-cü sərbəst yürüş, ardınca sıralama turu olacaq. Yarış martın 17-də keçiriləcək və Bakı vaxtı ilə saat 09:10-da start götürəcək. pizza hut
Qeyd edək ki, mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq.
Telegram kanalımız