Formula 2-də qalmaqal:   Bakıda sürücülərə şok cəza

saytların hazırlanması

Evə çatdırılma

Formula 2-də qalmaqal: Bakıda sürücülərə şok cəza

İdman

21 Sentyabr 2025 10:33 1597


Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışından sonra iki pilota cəza verilib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Formula 2"nin rəsmi saytı məlumat yayıb.

"Trident" komandasından Laurens van Hoepen 2-ci döngədə baş verən qəzada günahkar sayılıb. O, bugünkü əsas yarışda 10 saniyəlik vaxt cəzası alıb və mübarizəyə 17-ci pillədə qoşulacaq. Dördpendirli pizza

Digər sürücü Kuş Maini ("Dams Lukas Oil") isə Amauri Kordellə ("Rodin Motorsport") toqquşmaya görə məsuliyyətli bilinib. Beş saniyəlik cəza ilə üzləşən Maini üç pillə geriləyərək əsas yarışa 19-cu sırada başlayacaq.

Qeyd edək ki, "Formula 2"də əsas yarışa bu gün saat 11:00-da start veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!