“Fransa artıq Avropada islamofobiyanın mərkəzinə çevrilib” - Vüqar Rəhimzadə

saytların hazırlanması

Evə çatdırılma

“Fransa artıq Avropada islamofobiyanın mərkəzinə çevrilib” - Vüqar Rəhimzadə

Siyasət

16 Mart 2023 20:00 643


Hər zaman demokratiyadan, insan haqlarından ağızdolusu danışan Fransa dövləti əslində bu dəyərləri çoxdan ayaqlar altına atıb. Bu ölkədə güc strukturlarının dinc aksiya iştirakçılarına qarşı zorakılıq aktlarına yol verməsi adi hala çevrilib.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Fransa əhalisinin təxminən 10 faizə yaxın hissəsini müsəlmanlar təşkil etsə də, onların tamhüquqlu vətəndaş kimi cəmiyyətə inteqrasiya olumasına, dini inanclarını həyata keçirmələrinə maneçilik üçün müxtəlif addımlar atılır. İslam dininə qarşı təhqirlər, etirazlar adi hala çevrilib. Anti-İslam əhval-ruhiyyəsi məqsədli şəkildə alovlandırılır və bunun üçün medianın gücündən istifadə edilir. Elə götürək “Charlie Hebdo” jurnalını. Bu fransız nəşrində dünya müsəlmanlarının müqəddəs hisslərinin təhqir olunması müasir dünyamızın çox böyük ehtiyac duyduğu mədəniyyətlərarası və dinlərarası dialoq səylərinə zərbədir. Bu dərginin qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra yayımladığı karikatura islamofobiya, türkofobiyanın Fransada nə qədər dəhşətli səviyyədə olduğunu göstərir.  Sezar pizza

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, qeyd edilən faktlar bir daha təsdiqləyir ki, müsəlmanlara münasibətdə yol verilən ayrı-seçkiliyi, ədalətsizliyi, dini etiqad azadlığının pozulmasını Fransanın artıq yırtılmış demokratiya pərdəsinin altında gizlətmək mümkün deyil. Müsəlmanlara qarşı ayrı-seçkiliyi addım-addım qanuniləşdirən Fransada demokratiya, insan hüquqları, ədalət, bərabərlik kimi dəyərlər aşınmaya məruz qalıb. Etnik, dini və digər azlıqların ölkə cəmiyyətinə inteqrasiyasına mane olaraq, onlara qarşı sistemli və davamlı ayrı-seçkilik siyasəti həyata keçirən Fransa artıq Avropada islamofobiyanın mərkəzinə çevrilib. Bu siyasət Fransaya yaxşı heç nə vəd etmir. Beynəlxalq münasibətlər sistemində nüfuzunu itirən Fransa unutmamalıdır ki, əkdiyi nifrət toxumları əvvəl-axır elə onun özünə zərbə vuracaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!