Fransa Azərbaycana 400 min avro ayırmağı planlaşdırır

saytların hazırlanması

Evə çatdırılma

Fransa Azərbaycana 400 min avro ayırmağı planlaşdırır

Siyasət

08 Sentyabr 2021 23:11 1175


Fransa işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 min avro ayırmaq niyyətindədir.

Yenisabah.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qros öz tiviter səhifəsində yazıb.

“Beynəlxalq əməkdaşlığa ehtiyac duyulan başqa bir sahə məcburi köçkünlərin öz torpaqlarına qayıda bilmələri üçün ərazilərin minalardan təmizlənməsidir. Qarabağda minalardan təmizlənməni tələb edən ərazilər çox böyükdür. Buna görə rəsmi olaraq ANAMA-ya bu məlumat verməkdən məmnunam. Fransa ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 000 avro ayırmaq niyyətindədir”, - deyə səfir bildirib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!