Fransa prezidenti Emmanuel Makron 24 apreli “Erməni soyqırımını anım günü” elan edib.
“Yeni Sabah” Türkiyə mediasına istinadən məlumat verir ki, bunu Fransanın Erməni Təşkilatlarının Koordinasiya Şurasının illik ziyafətində deyib. Makron bildirib ki, seçki kampaniyasında vəd etdiyi kimi "erməni soyqırımı günü" nü Fransa təqviminə əlavə edəcək.
“Fransa hər şeydən əvvəl tarixə nəzər salan ölkədir. 1915-ci il hadisələrini soyqırımı kimi tanıyan və uzun mübarizədən sonra 2001-ci ildə bunu qanunla tanıyan ilk ölkələrdən biridir. Gələcək həftələrdə isə erməni soyqırımını anım günü olaraq qəbul edəcəyik ". Sezar pizza
Telegram kanalımız