“Son vaxtlar Qərb, Avropa ölkələrinin, ABŞ-ın Qarabağ mövzusunda, o cümlədən Laçın yolu ilə bağlı bəyanat vermələrini eşidəndə bizə elə gəlir ki, Qarabağ məsələsi onlar üçün ön planda duran məsələdir. Amma əslində hələlik Qarabağ Qərbin ciddi şəkildə gündəmində olan mövzu deyil”.
Yenisabah.az xəbər verir ki, bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib.
“Bəllidir ki, Rusiyanın Qarabağdakı layihəsinin əsas fiquru milyarder Ruben Vardanyandır. Bilirik ki, onu Xankəndinə nə məqsədlə gətiriblər və hansı oyunları oynamaq niyyətindədirlər. Amma burada “Rusiya” deyəndə bəlkə də bütövlükdə Kreml elitasını yox, onun bir hissəsini nəzərdə tutmalıyıq. Yəni Vardanyan Rusiya elitasının yalnız bir hissəsi tərəfindən dəstəklənir... Oyunlar da ola bilər... Odur ki, biz Vardanyan layihəsinə qarşı çıxanları da unutmamalı və onlarla da iş aparmalıyıq. pizza
Avropaya gəldikdə, son aylar Qarabağ mövzusunda ən fəal görünən Fransadır... Fransa da digər layihə üzərində işləyir ki, bu da Arayik Arutyunyan fiquruyla bağlıdır- o da Fransanı gəzir... Bu baxımdan Fransa ilə Rusiyanın məsələyə yanaşması arasında ciddi fərq görmürəm. Əslinə qalsa, burada müştərək oyunlardan da söhbət gedə bilər və gələcək üçün Fransa və Rusiyanın Qarabağ mövzusunda əməkdaşlıq etməsi mənzərəsini də göz önünə gətirə bilərik. Söhbət ondan gedir ki, iki ölkə müştərək şəkildə Qarabağda hansısa beynəlxalq qurumun mandatını əldə etməyə çalışa bilərlər. Yəni Fransa cəhd edə bilər ki, bölgəyə qoşun göndərmədən, sadəcə, kiçik bir mülki missiya ilə Rusiya ilə bərabər hansısa işlər görsün. Bu həm Rusiyanın, həm də Fransanın xeyrinə olar. Təxminən belə bir ssenarini istisna etmək olmaz”- deyə sabiq baş diplomat davamında bildirib./Moderator.az
Telegram kanalımız