Fransa səfiri deputatlarımızın Ermənistana səfərindən yazdı  ​​​​​​​

saytların hazırlanması

Evə çatdırılma

Fransa səfiri deputatlarımızın Ermənistana səfərindən yazdı ​​​​​​​

Siyasət

22 Fevral 2022 15:10 844


Fransanın Azərbaycandakı səfirliyi Milli Məclisin deputatlarının Ermənistanın paytaxtı İrəvanda keçirilən AVRONEST Parlament Assambleyasının komitə iclaslarında iştirak etməsinə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, Fransanın səfiri Zakari Qross bununla bağlı “Twitter” hesabında paylaşım edib.

“İrəvanda Avropa İttifaqı, Azərbaycan və Ermənistan parlamentlərarası dialoqunun baş tutmasını görmək xoşdur”, - diplomat vurğulayıb. pizza

Qeyd edək ki, bu gün Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları başlayıb. Tədbirdə ölkəmizi Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov təmsil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!