Fransa Senatının qətnaməsi:   “Bu, sadəcə siyasi şantajdır”

saytların hazırlanması

Evə çatdırılma

Fransa Senatının qətnaməsi: “Bu, sadəcə siyasi şantajdır”

Siyasət

16 Noyabr 2022 12:50 1023


“Fransanın bu addımını qiymətləndirmək lazımdır. Çünki 44 günlük müharibədən sonra bu, ikinci qətnamədir. İlk qətnamə Fransa hökumətini “Dağlıq Qarabağ”ın tanınmasına çağırırdı. Hazırkı qətnamə isə həm Azərbaycanı təcavüzkar kimi təqdim edir, həm də Fransa hökumətini Qarabağdakı humanitar missiyasının təchiz edilməsinə çağırır. Lakin hökumət nə birinci, nə də ikinci sənədi təsdiqləyib. Bu, xüsusi vurğulanmalıdır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov deyib.

O, Fransa Senatının qətnaməsində yer alan “sülhməramlıların sərhəddə yerləşdirilməsi” ilə yanaşı, “Qarabağda büronun qurulması” müddəalarına münasibət bildirib: Toyuqlu pizza

“Fikrimcə, Fransa prezidenti bu qətnamələri siyasi şantaj vasitəsi kimi istifadə edir. İlk sənəd 44 günlük müharibədən dərhal sonra qəbul olunmuşdu və onun ismarışı bu idi ki, əgər ATƏT-in Minsk qrupu ləğv edilir, yaxud buraxılırsa, onda Fransa da birtərəfli addımlar atacaq. İndiki addımın isə əsas mesajı və şantaj səviyyəsi ondan ibarətdir ki, onlar daha da irəli gedib, Qarabağ ermənilərinin taleyi ilə bağlı artıq rol oynamaq niyyətində olduqlarını nümayiş etdirirlər.

İlk qətnamədən sonra ATƏT-in Minsk qrupu buraxılmadı, amma fəaliyyəti iflic oldu. 25 il ərzində Azərbaycanı “yola verirdilər”, indi də Azərbaycan 2 ildir ATƏT-in Minsk qrupunu “yola verməklə” məşğuldur. Bu, Fransanı qane etmir. 

İndiki qətnamənin səmərəliyi çox aşağı səviyyədə olacaq. Çünki reallıq imkan vermir ki, Fransa Qarabağda hər hansısa bir humanitar missiya açsın”.

Siyasi təhlilçinin sözlərinə görə, bu, fiziki olaraq mümkündür, lakin Azərbaycanın qırmızı xətəri mövcuddur:

“Məsələn, Laçın dəhlizi ilə 3 nəfər fransız gedir və girirlər bir binaya, Fransanın bayrağını qaldırıb, deyirlər ki, bu, Fransanın humanitar missiyasıdır. Bu, fiziki olaraq, mümkündür, amma həm də Rusiya ilə Azərbaycanın razılaşdığı prinsipial məsələlərlə bağlı qırmızı xətlərin adlanması deməkdir.

Qısası, bu, sadəcə siyasi şantajdır. Rusiya sülhməramlıları Fransa prezidentliyinə namizəd Valeri Pekressi Qarabağa buraxmışdılar. Yəni eyni məntiqlə 3 fransız gəlib deyəcək ki, mən burada humanitar missiya təşkil edirəm?! Axı bu, öz növbəsində, Azərbaycanın konkret hərəkətlərinə gətirib çıxaracaq.

Onsuz da artıq qırmızı xətlərə yaxınlaşırıq. Çünki cənab Prezident də ilin sonu üçün sülh sazişiylə bağlı vaxtı müəyyənləşdirib. Artıq Laçın dəhlizi və digər məsələlərlə bağlı mesajlar var. Yəni Azərbaycanın əlində hələ istifadə edilməmiş resurslar, mexanizmlər var ki, onların hazırda istifadə edilməsi nəzərdə tutulur”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!