Fransa Türk Dövlətləri Təşkilatına üzv ola bilər? –   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Fransa Türk Dövlətləri Təşkilatına üzv ola bilər? – AÇIQLAMA

Siyasət

08 Oktyabr 2022 11:34 1432


“Türk Dövlətləri Təşkilatı (TDT) tamamilə yeni bir dövrünü yaşayır. İstanbulda açılan qərargahdan sonra yeni prioritetlər müəyyənləşdirilir. Özbəkistan tamhüquqlu üzv oldu, eləcə də Türkmənistan müşahidəçi statusu qismində iştirak edir. Rusiya da TDT-də müşahidəçi statusu qismində iştirak edəcək”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

O, Praqa sammitində Rəcəb Tayyip Ərdoğanın Fransa prezidenti Emmanuel Makrona TDT-yə qəbul olunma təklifi və Makronun buna qismən razılıq verməsinə münaisbət bildirib. pizza hut

İ. Hüseynov deyib ki, Fransanın TDT-yə üzvlüyü Türkiyə və Azərbaycanın geosiyasi orbitinin daha da genişlənməsi kimi dəyərləndirilir:

“Türkiyə və Fransa arasında böyük ziddiyyətlərin olduğunu bilirik. Fransa Yunanıstanı dəstəkləyir və bu dəstək birbaşa Türkiyəyə qarşı yönəlib. Əgər Fransa Türkiyənin hegemon olduğu bir təşkilatda təmsil olunarsa, bu həm Türkiyə ilə yaxınlaşmağa gətirib çıxaracaq”.

Siyasi şərhçi hesab edir ki, Fransa təklifi qəbul edərsə, Türkiyə özünü böyük risklərdən qoruya bilər:

“Egey dənizində adalar məsələsi Türkiyəni çox ciddi narahat edir. Lakin Yunanıstanın arxasında olan qüvvənin neytrallaşdırılması Türkiyənin təhlükəsizliyinin gücləndirilməsinə gətirib çıxara bilər. Əvvəlcə, Paris müşahidəçi statusu ala bilər, daha sonra tamhüquqlu üzvlük. 

Türkiyə həm qondarma erməni soyqırımı, həm Fransadakı ermənipərəst dairələrin neytrallaşması, həm də qarşıdakı prezident seçkilər nöqteyi-nəzərindən bu addımlar ancaq səmərə verə bilər”.

Fransa-Türkiyə münasibətlərinin normallaşdırılması birbaşa olaraq Qafqaza da sirayət edə, o cümlədən Azərbaycanın mövqelərinin güclənməsinə dəstək ola bilər. Ermənipərəst mövqelərin zəiflədilməsi, neytrallaşdırılması və Fransanın mövqeyinin Türkiyə və Azərbaycan naminə səfərbər olunmasına çalışmaq lazımdır. 

Üumiyyətlə, qızıl qayda budur ki, beynəlxalq münasibətlərdə daimi dostlar və daimi düşmənlər yoxdur. Bir neçə il öncə düşmən kəsilən hər hansısa bir dövlətin sabah  yanımızda durması mümkündür”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!