Fransa Ukraynaya yüzlərlə bomba verəcək - Makron açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Fransa Ukraynaya yüzlərlə bomba verəcək - Makron açıqladı

Dünya

17 Yanvar 2024 14:46 406


Fransa prezidenti Emmanuel Makron Ukraynaya silah tədarükü məsələsini müzakirə etmək üçün fevralda Kiyevə səfər etmək niyyətində olduğunu açıqlayıb. 

Yenisabah.az “AFP-yə istinadla xəbər verir ki, o, bu barədə Elize sarayında keçirilən mətbuat konfransında bildirib.

“Silah tədarükü və razılaşmaların yekunlaşması ilə fevralda Ukraynaya səfər etməyi planlaşdırıram. Mən bu mətnlər üzərində işin başa çatdığını elan edəcəyəm, bundan sonra haqqında danışdığım silahların tədarükünə başlanılacaq”, - dövlət başçısı bildirib.  Sezar pizza

Onun sözlərinə görə, Paris Kiyevə 40 SCALP raketi və yüzlərlə bomba çatdırmağa hazırlaşır.

Makron, həmçinin Fransanın Ukraynaya “Caesar” özüyeriyən haubitsaları da daxil olmaqla, daha çox silah göndərməsinə imkan verəcək sənaye irəliləyişlərini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!