Fransada çimərlik və parklarda siqaret çəkmək qadağan olunur

saytların hazırlanması

Evə çatdırılma

Fransada çimərlik və parklarda siqaret çəkmək qadağan olunur

Maraqlı

28 İyun 2025 20:53 670


Fransada 29 iyun bazar günündən etibarən çimərliklərdə, parklarda, ictimai bağlarda və avtobus dayanacaqlarında siqaret çəkmək qadağan ediləcək.

Trend-in məlumatına görə, bu barədə AFP agentliyi xəbər yayıb.

Fransa hökumətinin şənbə günü rəsmi qəzetdə dərc etdiyi sərəncama əsasən, qadağa həmçinin kitabxanalar, hovuzlar və məktəblərin yaxınlığındakı əraziləri də əhatə edir. Pepperoni pizza

Yeni tədbir uşaqları passiv siqaret tüstüsündən qorumaq məqsədi daşıyır.

Qaydaları pozan şəxslər 135 avro məbləğində cərimə olunacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!