Fransada təyyarə məcburi eniş etdi

Fransada təyyarə məcburi eniş etdi

Dünya Veb saytların hazırlanması

25 Yanvar 2019 18:05 926


“Transavia” aviaşirkətinin Paris-Tunis reysini həyata keçirən təyyarə Nitsa hava limanında məcburi eniş etməli olub.

Buna sərnişinlərdən birinin aqressiv davranışı səbəb olub.

Qeyd olunur ki, 30 yaşlı Tunis vətəndaşı uçuş zamanı pilot kabinəsinə daxil olmağa çalışıb və heyət üzvlərinə hücum edib.

Təyyarə Nitsada eniş etdikdən sonra sərnişin polisə təhvil verilib. Hazırda hadisənin səbəbləri araşdırılır.

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!