“Fransadan ədalət gözləmək olmaz“

saytların hazırlanması

Evə çatdırılma

“Fransadan ədalət gözləmək olmaz“

Siyasət

07 Fevral 2019 17:23 974


 “Rəsmi Paris İtaliya baş nazirinin müavinini təxribatda suçlandırıb. Nəymiş təxribat, bilirsinizmi? Sən demə, İtaliya baş nazirinin müavini neçə vaxtdır, Fransada etiraz aksiyasına qalxan "sarı gödəkçəlilər"in təmsilçisiylə görüşüb.  Demək, içində heç bir dəyər gəzdirməyən, psixikası pozuq adamlara "siyasi sığınacaq" verərək onlardan mənəviyyat terrorçusu düzəldib Azərbaycanın üzərinə qışqırtmaq demokratiya və söz azadlığına dəstək sayılır, Makronun yeritdiyi siyasətə etiraz edənlərin təmsilçisiylə görüş isə təxribatmış”.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev  deyib. O, Emmanuel Makronun qondarma “erməni soyqırımı” günü ilə bağlı anım günü elan etməsinə də münasibət bildirib:

“Söhbət o etirazçılardan gedir ki, Fransa polisi indiyədək aralarından yüzlərlə adamı həbsə atıb,neçə başı dağıdılan, gözü çıxarılan və hətta öldürülənləri də var.  Yaxşı, tutaq ki, İtaliya baş nazirinin müavininin "sarı gödəkçəlilər"in təmsilçisiylə görüşü təxribatmış, bəs onda həmən Fransanın prezidenti Makronun aprelin 24-nü ölkəsində ağlaşama günü kimi elan etməsi nədir? Makron axı yaxşı bilir ki, belə bir soyqırımı olmayıb, bu uydurmadır. Və söhbət əsl soyqırımından gedirsə, onda onu törədən ölkələrin başında məhz Fransa gəlir. Öz təbirincə desək, "tarixin düz gözünə baxan Farnsa" Əlcəzair, Ruanda və digər Afrika ölkələrində törətdiyi soyqırıma gəldikdə nədən kora çevrilir görəsən? Yoxsa soyqırımına uğratdıqlarının yaraşıqlı və yarı çılpaq törəmələriylə qucaqlaşıb həm də şəkil çəkdirməklə Makron tarixin o qanlı anlarını unutdurduğunu düşünür. Xeyr, bu cür şəkillər ancaq bilməyənlər üçün Makronun özünü tanıdır”. pizza mizza

Deputat qeyd edib ki, heç kim heç nəyi unutmayıb:

“Və Farnsa əslində Afrikada indi də keçmişdəkindən çox az fərqlənən siyasət yeridir. Açığı, mən Dağlıq Qarabağ məsələsində Fransanın ədalətini demirəm, aydındır ki, belə bir dövlətdən ədalət gözləmək olmaz, beynəlxalq normaya yaxın sayılacaq mövqe tutacağına inanmırdım. Makron Fransasının uydurma hay soyqırımıyla bağlı son addımından sonra isə bu ölkənin Minsk qrupuna həmsədrliyi mənim nəzərimdə hardasa elə Ermənistanın həmsədrliyi kimi bir şeydir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!