Fransadan texnologiya şirkətlərinə vergi zərbəsi

saytların hazırlanması

Evə çatdırılma

Fransadan texnologiya şirkətlərinə vergi zərbəsi

Rəqəmsal

12 İyul 2019 14:58 1558


Fransa Parlamenti ABŞ-ın div texnologiya şirkətlərindən vergi tutulması ilə bağlı qanun layihəsini təsdiq edib.

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, qanun layihəsi “Google”, “Amazon”, “Facebook” və “ Apple” başda olmaqla 30 div şikəti hədəf alır.

Layihəyə əsasən, bu şirkətlər Fransadan qazanılan vəsaitlərin 3% - ni vergi olaraq bu ölkəyə verməlidirlər. Fransa bu qanun sayəsində təkcə bu il üçün 400 milyon avro, 2020-ci ildə isə 650 milyon avro gəlir əldə etməyi proqnozlaşdırır.

Lakin ABŞ tərəfi bu qanunun ədalətsiz olduğunu hesab edir.

Sabrina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!