Fransalı nazir Azərbaycanla sərhədə getdi

saytların hazırlanması

Evə çatdırılma

Fransalı nazir Azərbaycanla sərhədə getdi

Rəsmi

28 Aprel 2023 12:51 924


İrəvanda səfərdə olan Fransa xarici işlər naziri Katrin Kolonna Ermənistan-Azərbaycan sərhədinə gedib.

Yenisabah.az "Armenpress"ə istinadla xəbər verir ki, nazir Aİ Mülki Missiyasının işi ilə tanış olub.

“Bu iş bizim üçün müsbət nəticələr verir. Müşahidə fəaliyyəti sayəsində Aİ-yə üzv dövlətlər üçün faydalı olan məlumatları yerdən əldə etmək imkanı verir. Bu, müşahidə missiyasıdır, silahlı missiya deyil, məqsəd sadəcə olaraq vəziyyəti izləmək üçündür, lakin istənilən halda bu mövcudluq gərginliyi azaltmağa imkan verir. Etimadı yaratmaq üçün Azərbaycan və Ermənistan arasında atəşkəsə əməl edilməlidir”, - fransalı nazir qeyd edib. Toyuqlu pizza

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan sərhəddəki vəziyyət barədə Fransa XİN rəhbərini məlumatlandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!