Fransalı səfir diplomatik missiyasını başa vurdu

saytların hazırlanması

Evə çatdırılma

Fransalı səfir diplomatik missiyasını başa vurdu

Siyasət

03 Sentyabr 2019 20:19 1004


Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri xanım Aurelia Buşezi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən “Yeni Sabah”a verilən məlumata görə, səfir Aurelia Buşez diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib, bölgənin aparıcı ölkəsi olan Azərbaycanın Fransanın regiondakı əsas tərəfdaş ölkəsi olduğunu vurğulayıb. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və bağlılıq layihələrinin əhəmiyyətini qeyd edib.

Səfir Azərbaycan Respublikasının Prezidentinin ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində aparılan məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın ənənəvi neft sənayesi ölkəsindən artıq qeyri-neft sektorunun inkişaf etdiyi ölkəyə çevrildiyini bildirib. Pepperoni pizza

Elmar Məmmədyarov ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini qeyd edib. Həmçinin son zamanlar baş tutan qarşılıqlı səfərlər mübadiləsinin münasibətlərin daha da dərinləşməsinə təkan verdiyini bildirib. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyətə toxunaraq, Ermənistanın siyasi rəhbərliyinin səsləndirdiyi tamamilə əsassız bəyanatların bölgədə gərginliyin artmasına xidmət etdiyini vurğulayıb.

Qeyd edək ki, sonda Elmar Məmmədyarov Aurelia Buşezə gələcək fəaliyyətində uğurlar arzu edib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!