Fransanın Azərbaycana qarşı qətnaməsində nə var?

saytların hazırlanması

Evə çatdırılma

Fransanın Azərbaycana qarşı qətnaməsində nə var?

Siyasət

16 Noyabr 2022 07:53 1764


Xəbər verildiyi kimi, Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.

Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir. Senat həmçinin aşağıdakı tələbləri irəli sürüb.

Qətnamə layihəsində "Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi" tələb olunub.  Sezar pizza

- Layihə müəllifləri "Azərbaycan və onun tərəfdaşlarının Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsini, həmçinin bütün erməni hərbi əsirlərin qaytarılmasını" tələb edirlər.

- Bununla yanaşı, Fransa hökumətinə Dağlıq Qarabağda humanitar büro açmaq təklif edilir.

- Təkliflər arasında qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqillyinin tanınması da yer alır.

- Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələrin yerləşdirilməsi də təkliflər arasında var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!