Bu gün ölkə və dünya mətbuatının əsas müzakirə mövzularından biri xidməti vəzifələrini yerinə yetirən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşlarının Fransada çəkiliş zamanı hücuma məruz qalmasıdır. Hadisə qətiyyətlə pislənilir, Fransa dövlətindən, bu ölkənin hüquq-mühafizə orqanlarından baş vermiş insidentin obyektiv araşdırılması, jurnalistlərə hücum edən şəxslərin müəyyənləşdirilməsi və cəzalandırılması tələb edilir. Baş verən hadisə özünü “demokratiyanın beşiyi” kimi təqdim edib, bu və ya digər dövlətlərdə yaşanan kiçik hadisələri lupa ilə izləməyə adətkar olan Fransada demokratiyanın əslində hansı səviyyədə olduğunu, bu ölkədə demokratik dəyərlərə hörmət edilmədiyini, ən əsası mətbuat azadlığının kobud şəkildə pozulduğunu nümayiş etdirir.
Yenisabah.az xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, baş vermiş hadisə yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və mətbuat azadlığına, azad medianın inkişafına, jurnalist fəaliyyətinə hücumdur. Ümumilikdə son illər Fransada siyasi və sosial problemlər dünyanın diqqətindədir. Fransa hakimiyyətinin yarıtmaz siyasəti əhalinin haqlı narazılığına səbəb olur. Ölkədə insan hüquqları kobud şəkildə pozulur, mətbuat azadlığı boğulur. Son günlərin müzakirə mövzularından biri də Fransanın Nanter şəhərində polis tərəfindən 17 yaşlı yeniyetmənin qətlə yetirilməsidir. Hadisə irqi, etnik ayrı-seçkilik zəmnində baş verib. Marqarita pizza
Diqqət çəkən mühüm məqamlardan biri Qərb və Avropa institutlarının susmasıdır. Nə zamanadək beynəlxalq hüquq işləmir, demokratik prinsiplərin tətbiqi üçün vahid mexanizm müəyyənləşdirilməyib ədalətli yanaşmadan söhbət gedə bilməz.
Baş redaktor bildirib ki, Azərbaycan vətəndaşı, media nümayəndəsi olaraq insan hüquq və azadlıqlarının pozulmasını, mətbuat azadlığına hücumu qətiyyətlə pisləyir və bir daha qeyd etmək istəyir ki, mətbuat hər bir ölkənin inkişaf səviyyəsinin göstəricisidir.
Baş redaktor belə bir ümumiləşdirməni aparıb ki, beynəlxalq hüquqa və demokraik prinsiplərə hörmətsizlik edən Fransa dövlətlərarası münasibətlərdə əsas amil olan etimad mühitini hər an sıfra yaxınlaşdırır. Fransa demokratik dəyərləri və beynəlxalq hüququ kobud şəkildə pozan bir ölkə kimi dünyada özünü nüfuzdan salmaqda davam edir.
Telegram kanalımız