“Fransanın fəallığı Rusiya ilə razılaşdırılmış şəkildə həyata keçirilir”

saytların hazırlanması

Evə çatdırılma

“Fransanın fəallığı Rusiya ilə razılaşdırılmış şəkildə həyata keçirilir”

Siyasət

16 Noyabr 2022 11:15 2081


“Buna bənzər bir qərar 2020-ci ildə də Fransa Senatında qəbul olunub. Azərbaycan hökuməti isə izahında demişdi ki, bu bəyanatlar məsləhət xarakteri daşıyıb, icbari deyil. Yəni xarici siyasəti qanunverici hakimiyyətdən fərqli olaraq, icraedici hakimiyyət formalaşdırır və həyata keçirir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarov deyib.

O, Fransa Senatında Azərbaycan əleyhinə qəbul olunan qətnamənin müddəalarını şərh edib:  pizza

“Sözügedən qətnamənin hüquqi nəticələri yoxdur, o heç bir əhəmiyyət daşımır. Lakin başa düşməliyik ki, bu sayaq qərarların qəbul olunması, əlbəttə, Fransanın ümumi siyasətini əks etdirir və bizim üçün qəbuledilməzdir. Amma bu, gözlənilən bir məsələ idi və sadəcə Fransaya dair xarici siyasətimizdə lazımi düzəlişlər etməliyik”.

T. Zülfüqarovun fikrincə, ümumiyyətlə, Fransanın birmənalı ermənipərəst mövqeyi əsas verir ki, onun hansısa vasitəçilik, yaxud Ermənistan-Azərbaycan münasibətlərinə aid hansısa təşəbbüsü Azərbaycan tərəfindən qəbul olunmasın:

“Məncə, Fransanın fəallığı Rusiya ilə razılaşdırılmış şəkildə həyata keçirilir. Çünki Rusiya artıq başa düşür ki, o, xarici təcriddədir və Qarabağdakı sülhməramlılarının heç bir beynəlxalq mandatı yoxdur. İndi Fransanın bu məsələyə qoşulması iki dövlətə də şərait yaradır ki, bu və ya digər şəkildə hansısa mandata nail olsunlar. 

Qətnamədə, bir növ, Fransanın planlarını açıqlayır. Bu addımlara hazır olmalıyıq. Suveren hüquqlarımız imkan verir ki, bölgədə məsələni istədiyimiz kimi həll edək. Amma onların məqsədi budur ki, beynəlxalq mandata, BMT mandatına nail olsunlar, amma bu, xüsusi qətnamə ilə qəbul oluna bilər”.

Keçmiş nazir bəyan edib ki, bundan əvvəl Fransanın bu təşəbbüsünə Böyük Britaniya və Rusiya veto qoymuşdu:

“İndi isə Rusiya bu siyahıdan demək olar ki, çıxıb. Təxminən vəziyyət belədir və biz bu təhlükəni açıq şəkildə görüb buna uyğun aid addımlar atmalıyıq.

2020-ci il zəfərimizlə bağlı sosial şəbəkələrdə müxtəlif tənqidi fikirlər səsləndirilir. Guya axıra qədər işlər görülməyib və s. İndi Fransanın və digər ölkələrin bu cür davranışı göstərir ki, 2020-ci ildə onların bütün planları pozulub. Azərbaycan 2020-ci ildə böyük bir zəfərə nail olub. 

Bəli, bu mübarizədir və hamımızı qələbənin tam olmasını istəyirik, təəssüf ki, Azərbaycana düşmən olan qüvvələr buna imkan vermirlər”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!