“Fransanın insan hüquqlarından danışmağa haqqı yoxdur” - Vüqar Rəhimzadə

saytların hazırlanması

Evə çatdırılma

“Fransanın insan hüquqlarından danışmağa haqqı yoxdur” - Vüqar Rəhimzadə

Siyasət

14 Mart 2023 20:04 629


"Fransa bu gün Cənubi Qafqazda sülh təşəbbüslərinə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə zərbə vuran siyasət həyata keçirir. Rəsmi Paris Azərbaycanın tarixi Zəfəri və ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə də ölkəmizə qarşı riyakar siyasətini davam etdirir. Azərbaycanın Qarabağ iqtisadi rayonundakı separatçıların taleyindən “narahat” olan Fransa nədənsə 300 min nəfərdən çox korsikalının həyatı, hüquqları üçün heç narahatlıq keçirmir".

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Fransa hakimiyyətinin simasızlığını sübut edən faktlardan biri də Korsikaya yanaşmasıdır. Fransanın Korsika və başqa bir neçə bölgəsinin mərkəzləşdirilmiş dövlət sisteminə qarşı olmasına amansız münasibət göstərən rəsmi Paris festivallar keçirilməsi kimi elementar mədəni təzahürlərin reallaşmasına belə imkan vermir, qadağalar tətbiq edir. Korsikanın yerli parlamentində Korsika dilinin qadağan edilməsi də bu siyasətin tərkib hissəsidir.  Marqarita pizza

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, ümumiyyətlə, Fransa hakimiyyətinin insan hüquqlarının qorunmasından danışmağa mənəvi haqqı yoxdur. Fransada artıq gündəlik həyat tərzinə çevrilən insan hüquqlarının pozulması, dinc aksiya iştirakçılarına qarşı polis zorakılığı, islamofobiya, vətəndaşların sərbəst toplaşmaq azadlığına imkan verilməməsi ilə bağlı çoxsaylı faktları nə gizlətmək mümkündür, nə də danmaq. Dünya mediasının səhifələrini bəzəyən bu cür qanunsuzluqlar Fransasayağı demokratiyanın iç üzünü ortaya qoyur. Dünya arenasında nüfuzunu itirən Fransa başqa ölkələrin daxili işləri ilə bağlı məsələlərə münasibət bildirməkdənsə, yaxşı olar ki, öz vətəndaşlarına münasibətdə törətdiyi qanunsuzluqlarını aradan qaldırsın.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!