Fransanın Nant şəhərində yaşayan soydaşlarımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun şücaəti nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi münasibətilə avtoyürüş təşkil ediblər.
Yenisabah.az xəbər verir ki, bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.
Yürüşdə onlarla azərbaycanlı iştirak edib, üzərində Azərbaycan və Türkiyə bayraqları olan avtomobil karvanı şəhərin küçələrini dolaşıb. Toyuqlu pizza
Daha sonra tədbir iştirakçıları “Qarabağ Azərbaycandır!” şüarı səsləndirib, həmrəylik və birlik rəqsi olan “Yallı” gediblər.
Telegram kanalımız