Fransanın Qafqazla bağlı siyasəti sülhə zərbədir

saytların hazırlanması

Evə çatdırılma

Fransanın Qafqazla bağlı siyasəti sülhə zərbədir

Siyasət

15 Noyabr 2023 00:01 524


Tarixi Zəfərimizdən dərhal sonra Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif edib. Müxtəlif zamanlarda və məkanlarda sülh müqaviləsinin imzalanması ilə bağlı keçirilən görüşlərdə Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh təklifini dəstəklədiyini bildirib. Eyni zamanda, bu günlərdə Parisdə keçirilən Sülh Forumu çərçivəsində panel iclasda Nikol Paşinyan sərsəm bəyanatlarla çıxış etsə də, sülh müqaviləsinin imzalanmasına gəldikdə bu addımın atılmasına hazır olduğunu bildirdi. 

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, bütün bunların fonunda Ermənistanın istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə əsassız iddialarla yaşamasını, sərsəm bəyanatlarla çıxış etməsini şərtləndirən səbəblər bir daha bəlli olur. Tarixi Zəfərimizdən ötən dövrdə cərəyan edən hadisələrə diqqət yetirsək islamofobiya, antisemitizm, miqrantlara qarşı nifrət, rasizmin hökm sürdüyü Fransanın regionda vəziyyəti gərginləşdirməkdə maraqlı olduğunu görə bilərik. İkinci Qarabağ müharibəsi başa çatdığı gündən münaqişənin hələ həll edilməməsi barədə sərsəm fikirlər səsləndirən, riyakarlıq edən və ictimai fikri çaşdırmağa çalışan Fransa Prezidenti Emmanuel Makronun beynəlxalq hüquqa və ədalətə sığmayan çağırışları, addımları bu gunədək davam edir. 27 il uğursuz vasitəçilik missiyasını yerinə yetirərkən ölkəmizin 20 faiz torpaqlarının təcavüzkar dövlət tərəfindən işğalına göz yuman və ərazilərimizdə separatizmi təşviq edən Fransa Azərbaycanı Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhdid yaratmaqda ittiham etməklə özünü gülüş hədəfinə çevirdi, bununla da ədalət və beynəlxalq hüquq anlayışlarına hansı prizmadan yanaşdığını nümayiş etdirdi.  pizza sifarişi

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Fransanın Ermənistanı silahlandırması işğalçı ölkədə revanşizm əhval-ruhiyyəsini yüksəldir, separatizm meyillərini gücləndirir. Görünən odur ki, Fransa üçün nə regionun, nə də dünyanın təhlükəsizliyi önəmli deyil. Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir. Azərbaycan bütün bu cəhdlərin qarşısını ədalət və beynəlxalq hüquq çərçivəsində qətiyyətlə alır. Ölkəmizin 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri, həmçinin sentyabrın 19-da həyata keçirdiyi birgünlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin edilməsi Ermənistana və ona öz maraqları naminə havadarlıq edən dövlətlərə mesajdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!