“Fransanın qanlı müstəmləkə cinayətləri və törətdiyi soyqırımı aktları bəşəriyyət üçün ləkədir”

saytların hazırlanması

Evə çatdırılma

“Fransanın qanlı müstəmləkə cinayətləri və törətdiyi soyqırımı aktları bəşəriyyət üçün ləkədir”

Siyasət

05 İyul 2023 21:57 1032


Dövlətlərarası münasibətlərdə etimad mühitinin mövcudluğu əsasdır. Hazırkı dövrdə dünyada cərəyan edən proseslərə diqqət yetirsək görərik ki, etimadın və inamın olmaması hadisələrin gərginləşməsinə yol açır. Hazırkı dönəmdə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasının əsas çağırış kimi gündəmdə olduğu bir zamanda bəzi dünya güclərinin, xüsusilə Fransanın hələ də ikili standartlara əsaslanan siyasətindən əl çəkməyərək Ermənistanı “ərköyün uşaq” kimi bəsləyərək ona qayğısını ədaləti və beynəlxalq hüququ kobud şəkildə pozmaqla  həyata keçirməsi diqqətdən kənarda qalmır.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündə də  bu məsələyə xüsusi diqqət yönəltdi. Bildirdi ki, Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində  narahatedici meyillərlə mübarizə aparmalıdır. pizza sifarişi

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Avropada ən çox müsəlmanın yaşadığı Fransada hər zaman İslam dininə qarşı təhqirlərin, etirazların şahidi olmuşuq. Fransa bu ölkədə yaşayan etnik azlıqlara qarşı olduqca qərəzli siyasət yürüdür və ayrı-seçkilik tətbiq edir. Bu fakt inkaredilməzdir ki, Fransada  yaşayan fərdlərin irqi, etnik və dini mənsubiyyəti barədə məlumatın toplanması birmənalı qadağan edilib.

Vüqar Rəhimzadə onu da bildirib ki, Prezident İlham Əliyev sözügedən tədbirdə diqqəti  bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsinə yönəldərək bunun həmin ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlaməti olduğunu bildirdi.  

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərin mahiyyətini xeyirxahlıq, birlik, əməkdaşlıq prinsipləri təşkil edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!