Fransanın xarici işlər naziri xəstəliyini etiraf etdi

saytların hazırlanması

Evə çatdırılma

Fransanın xarici işlər naziri xəstəliyini etiraf etdi

Dünya

21 Yanvar 2024 13:51 555


Fransanın xarici işlər naziri Stefan Sejurne disleksiyanın yaratdığı çətinliklərlə üzləşir. 

O, bunu “Le Parisien” qəzetinə müsahibəsində etiraf edib. 

“Gəncliyimdə mənə ağır disleksiya diaqnozu qoyulmuşdu. 15 il bundan əvvəl belə müsahibə vermək mənim üçün çətin olardı. Amma çoxlu zəhmət və məşq nəticəsində nitq qüsurlarından demək olar ki, tamamilə xilas olmuşam. Hərçənd, xəstəliyin əlamətləri yorğunluq və stress anlarında yenidən ortaya çıxır və onlara qalib gəlmək mənim üçün çətin olur”, - Sejurne bildirib.  Toyuqlu pizza

O, bu xüsusiyyətin heç bir şəkildə öz işinin səmərəliliyinə, o cümlədən beynəlxalq danışıqlardakı mübadilələrə təsir göstərmədiyini vurğulayıb. 

Qeyd edək ki, disleksiya tez-tez qiraət çətinliklərində özünü göstərən bir xəstəlikdir. Bu, insanın anadangəlmə xüsusiyyətidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!