Fransanın xarici işlər naziri Stefan Sejurne ölkə prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı dediklərini təkzib edib.
Yenisabah.az xəbər verir ki, nazir rəsmi Parisin Ukraynaya qoşun göndərməyəcəyini bildirib.
Nazir deyib: “Fransa öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil. Fransızlar Ukrayna üçün ölməyəcək, biz ora qoşun göndərməyəcəyik”. pizza sifarişi
E.Makron bir müddət əvvəl bildirmişdi ki, ehtiyac olarsa, Avropa İttifaqı Ukraynaya qoşun göndərə bilər. Bu açıqlama Avropada liderləri arasında ciddi narazılığa səbəb olmuşdu. Onlar E.Makronun dediklərini təkzib etmişdilər.
Telegram kanalımız