Sabah Fransada prezident seçkilərinin final mərhələsidir. İlk turda ən çox səs toplayan iki namizəd - Makron və Le Pen bu dəfə 50+1% səs üçün mübarizə aparacaq.
Yenisabah.az "Le Figaro"ya istinadla xəbər verir ki, seçkidən öncə bu gün Fransada sükut günüdür, yəni heç bir təbliğat kampaniyası, reklam və ya debat təşkil etmək olmaz.
Qeyd edək ki, sabah həm də qondarma "erməni soyqırımı"nın ildönümüdür. Fransa bu hadisələri rəsmi olaraq 2001-ci ildə "soyqırım" kimi tanımış, Makron isə 2019-cu ildə 24 aprel tarixini rəsmi olaraq "erməni soyqırımını anma günü" kimi elan etmişdir. pizza hut
Digər namizəd Le Pen isə "erməni soyqırımının bütün dünyada tanıdılması"nı seçki vədlərindən biri kimi açıqlamışdı.
Telegram kanalımız