Fuad Məmmədli bu vəzifəyə TƏYİN OLUNDU

saytların hazırlanması

Evə çatdırılma

Fuad Məmmədli bu vəzifəyə TƏYİN OLUNDU

İqtisadiyyat

25 Yanvar 2026 09:00 849


“Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının qərarı ilə Fuad Məmmədli bankın İdarə Heyəti sədrinin müavini və Baş Maliyyə İnzibatçısı (CFO) vəzifəsinə təyin edilib.

“Yeni Sabah” xəbər verir ki, Fuad Məmmədli maliyyə sahəsində 13 ildən artıq peşəkar təcrübəyə malikdir. Karyerası ərzində “Dəmirbank”, “Ziraat Bank Azərbaycan”, “Unibank” və “Expressbank”da Maliyyə direktoru, Baş Maliyyə İnzibatçısı və İdarə Heyətinin üzvü kimi rəhbər vəzifələrdə çalışıb, maliyyə menecmenti və strateji planlaşdırma sahəsində zəngin təcrübə toplayıb.

O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə magistr dərəcəsi alıb. Dördpendirli pizza

Fuad Məmmədli Azər Türk Bankın maliyyə blokunun idarə edilməsi, strateji hədəflərin icrası və maliyyə dayanıqlığının təmin edilməsində məsul olacaq./Banker.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!