Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

saytların hazırlanması

Evə çatdırılma

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

Kriminal

20 Aprel 2026 13:31 4527


Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin sabiq səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Baş Prokurorluqda aparılan istintaq çərçivəsində ifadə verib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Axar.az-a Heydər Oğuz məlumat verib.

O bildirib ki, F.Nəcəflinin istintaqa cəlb edilmə səbəbi 10 milyon ton taxıl ehtiyatının satılaraq, pulunun mənimsənilməsi ilə bağlıdır: Dördpendirli pizza

“Qeyd edim ki, səlahiyyətli nümayəndənin müavini Samir Seyidəhmədli ilə bağlı da iddialar var və məndə olan məlumata görə, o da Naxçıvanda baş verən özbaşınalıqla bağlı Bakıya çağırılıb.

Həmçinin yeyintilər olan zamanlarda Ceyhun Cəlilov Baş nazir idi.

Ancaq onu da vurğulamaq istəyirəm ki, bu, sabiq xüsusi nümayəndə ilə bağlı yeganə hadisə deyil”.

Xatırladaq ki, daha öncə də Naxçıvan Taxıl Məhsulları MMC-nin sədri Şakir Tarverdiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Fuad Nəcəfli ötən il noyabrın 12-də vəzifəsindən azad edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!