Fuad Qəhrəmanlının ikinci qızı bacısını dəstəklədi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Fuad Qəhrəmanlının ikinci qızı bacısını dəstəklədi - Foto

Siyasət

20 Sentyabr 2019 08:33 1572


AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ikinci qızı Sanay Yağmur bacısı Selcanı dəstəkləyib.

"Yeni Sabah" bildirir ki, o, “Facebook” profilində paylaşdığı postda belə yazıb:

“Selcanın bütün dedikləri doğrudur. Kimin nə deməsindən asılı olmayaraq, bizim “ailə”də şiddət olub”. Toyuqlu pizza

Sanay Yağmur statusunu #QadınaŞiddətəSon, #Susma, #MeTooAzerbaijan həştəqlərı ilə yayımlayıb.

Qeyd edək ki, Selcan Yağmur atasından imtina etməsi barədə status dərc edib. Bunu şərh edən Fuad Qəhrəmanlı qızının profilinin oğurlandığını və paylaşımın həqiqətə uyğun olmadığını bildirib.

S.Yağmur buna cavab olaraq, profilinin oğurlanmadığını və statusu özünün yazdığını deyib. Daha sonra F.Qəhrəmanlı qızının bu fikri böyük emosional gərginlik halında yazdığını söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!