Fulyanın Azərbaycanla bağlı bu çıxışı gündəm oldu - Video

saytların hazırlanması

Evə çatdırılma

Fulyanın Azərbaycanla bağlı bu çıxışı gündəm oldu - Video

Hadisə

07 Avqust 2021 22:36 5391


Jurnalist Fulya Öztürk sosial şəbəkələrdə Türkiyəyə gedən azərbaycanlı yanğınsöndürənlər haqqında xoşagəlməz ifadələr işlədən həkimin cavabını verib.

“Yeni Sabah” xəbər verir ki, jurnalistin bu çıxışı sosial şəbəkələrdə gündəm yaradıb. O, deyib: 

“Yanğınlarda təsirli səhnələrə şahid oluruq. Xüsusilə Azərbaycan başda olmaqla, yardıma gələn hər bir ölkəyə təşəkkür edirəm. Hər kəs böyük bir səfərbərlik içindədir. Dəstəyinizlə bizi o qədər sevindirdiniz ki, Azərbaycan. Bu atəşi söndürmək üçün ilk siz gəldiniz”. pizza sifarişi

O, Azərbaycan yanğınsöndürənlərinin əleyhinə danışan həkimə cavab verib: “Bunu demədən keçə bilmərəm. Cahilsən! Bir qadın çıxıb deyir ki, azərbaycanlı yanğınsöndürənlərin burda nə işi var?! Adamlar canı bahasına yanğın söndürməyə gəlib. Boğazıma bıçaq girdi sanki. Tarix bilmirsənsə, qaynar xəttə zəng vur, mən sənə tarix dərsi keçərəm. Azərbaycanlılar bizim soydaşlarımız və qardaşlarımızdır!”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!