“Fürsət yaranıb, fevralın 20-ə kimi bunu etməliyik...“

saytların hazırlanması

Evə çatdırılma

“Fürsət yaranıb, fevralın 20-ə kimi bunu etməliyik...“

Siyasət

12 Fevral 2023 08:39 5439


Türkiyədə zəlzələnin yaratdığı fəlakətə ermənilər sevinclərini gizlətmirlər, hətta mediada Paşinyanın Türkiyə prezidentinə başsağlığı və yaralılara şəfa diləməsi süngüylə qarşılanıb. Ermənilərin bəşəri hisslərdən, insanlıqdan uzaq olduğunu bildiyimizdən biz buna təəccüblənmirik. Amma, iş təkcə faciəyə sevinməklə, türkə nifrətlə bitmir, ermənilər həm də Türkiyədəki vəziyyətdən siyasi, hərbi baxımdan yararlanmaq istəklərini gizlətmirlər. Erməni siyasiləri Türkiyənin başının qarışdığını, Azərbaycanın isə guya “təkbaşına” heç bir iş görə bilməyəcəyini fürsət kimi dəyərləndirirlər. Ermənilər nəyi fürsət hesab edir və hansı addımları ata bilərlər?

İndiki situasiyada ermənilər ilk işlərinin Laçın yolunun tam açılmasını həll etmək olduğunu bildirir və Rusiyadan yolun açılmasını artıq xahiş yox, tələb edirlər. Sergey Lavrovun son çıxışından qəzəblənən ermənilər, Avropa İttifaqının mülki komissiaysının fəaliyyətə başlaması ilə Rusiyaya təzyiqlə cavab verdiklərini və Türkiyənin də başının zəlzələyə qarışmasından istifadə edib, guya yolun açılmasına Azərbaycanı məcbur edəcəklərini açıq şəkildə, sevinclə deyirlər. Yəni, Türkiyənin bu durumda Laçın yolu ilə bağlı Rusiyanın təzyiqinə cavab verməyəcəyini güman edirlər. Buna əsası olmayan boş və mənasız erməni illyuziyası deyə bilərik, amma müharibə bitəndən keçən hər ayda təsadüfi olaraq xatırlatmırdıq ki, Ermənistan və Rusiya sülh müqaviləsinin imzalanmasının vaxtını süni şəkildə ona görə uzadırlar ki, məqsədləri onların marağına uyğun beynəlxalq şərait yarananda Azərbaycanı hansısa güzəştə məcbur etsinlər. O şərait yaranmayıb, amma zəlzələni fürsət bilən siyasətin regionda Azərbaycanın marağına uyğun olmayan hər situasiyadan yararlanmağa hazır olduğunu nəzrdən qaçırmamalıyıq. Ermənilər üçün o şəraiti yaratmaq istəyən qüvvələr-İran və Fransa isə sakit dayanmayıb.

İranın Ermənistanla birgə Laçın və Qubadlı istiqamətində hücum planlaşdırdıqları barədə verilən məlumatın həqiqət yükü istisna deyil. Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Xorvatiyanın baş diplomatı ilə görüş zamanı “bölgədə yeni eskalasiyanın yaranacağı gözlənilir” deməsi, bu məlumatdan əvvəl yayılmışdı. İranın Ermənistandakı səfiri Abbas Badaxşan Zöhurinin iki gün əvvəl İrəvanda Azərbaycanı yenidən təhdid etməsi, Avropa parlamentinin deputatı, fransalı siyasətçi Bellaminin düz Laçın yolunun başlanğıcına gəlib, “Avropa nəhayət hərəkətə keçməlidir. Çünki, bizim ölkələrimizin təhlükəsizliyi də təhlükə altındadır” deməsi, Laçın istiqamətində gərginliyin yaranacağına bir işarə deyilmi? Bəzi məlumatlara görə, fevralın 20-də Ermənistana gələn Avropa İttifaqının komissiyasının tərkibindəki fransız jandarma heyəti məhz Ermənistan tərəfdən Laçın yolunun başlanğıcında nəzarəti (müşahidəni yox) həyata keçirməyi planlaşdırır ki, Azərbaycanın dövlət sərhədinin özünə aid hissəsində sərhəd-nəzarət buraxılış məntəqəsinin yaradılmasına mane olsun və bu məqsədlə Avropa İttifaqı ölkələrinin rəsmi Bakıya təzyiqini təşkil edib, nəzarət mexanizmin yaranmasına imkan verməsin. Azərbaycan tərəfdən rəsmi olmasa da, siyasi şərhlərin əksəriyyətində qeyri-rəsmi olaraq Laçın yolundan qanunsuz yüklərin daşınmasının qarşısını almaq üçün Rusiya hərbi kontingenti ilə birlikdə Azərbaycan sərhədçilərinin nəzarətinin yaradılması çıxış yolu kimi göstərilib və bu Laçın yolunda iki aydan çox davam edən dinc etiraz aksiyasının məntiqi sonluğu kimi dəyərləndirilib. Hesab edirik ki, bu nəzarət 20 fevrala qədər Rusiya Federasiyası ilə razılaşdırılmalıdır. Düzdür, nəzarət yaranmasa belə, Azərbaycan hansısa güzəştə getməyəcək, amma Rusiyanın Cənubi Qafqazdan sıxışdırmağa hesablanmış Avropa komissiyasının fəaliyyətinə ən yaxşı zərbəni, Moskva məhz bu yolla vura bilər.  Dominos pizza

Görünür, ermənilər belə bir nəzarətin reallaşmasından narahat olduqlarından “böyük bacılarını” yenidən köməyə çağırıblar. Erməni diasporasının da bir əli fransız siyasilərin cibini doldurduğundan, son günlər məhz fransızlar ermənidən də artıq həyasızlıq edirlər. O dərəcədə ki, Laçın yolundakı dinc aksiyanı Avropa İttifaqı ölkələrinin (?!) “təhlükəsizliyi üçün təhlükə” hesab edirlər. 

27 aydan çoxdur ki, müharibə bitib və düşmənin iddiaları hər ay yox, artıq hər gün artır. Müharibə təzə bitəndə iddia əsasən Azərbaycandan status qoparmaq idisə, indi “müstəqil Artsax” olub və Vardanyan Qarabağda peyda olandan daha tez-tez səslənir. Bu iştahaya son vermək üçün fevralın 20-dək Rusiya ilə birgə sərhəd-nəzarət buraxılış postunu yaratmaq ilk addım ola bilər. Erməninin fürsət bildiyinin əsası yoxdur, bizim üçün isə həm fürsət, həm zərurət yaranıb.

İlham İsmayıl

Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!