Almaniya Futbol Federasiyasının prezidenti Reynhard Qrindel istefaya göndərilib.
“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun sabiq Ukrayna Futbol Federasiyasının prezidenti Qriqori Surkisindən 78.000 avro dəyərində hədiyyə saat almasıdır. Qaydalara görə, o, verilən hədiyyəni ya Almaniya hökümətinə bildirməli, ya da onu qəbul etməməli idi. O isə, bu iki qaydanın heç birinə əməl etməyib. Bu səbəbdən yerli media tərəfindən ciddi tənqid və təzyiqlərlə üzləşən Qrindel istefa verməli olub.
Qeyd edək ki, bundan əlavə, onun gələn gəlirlərin artım hissəsini də mənimsəməyə cəhd etdiyi bildirilir. Dominos pizza
Telegram kanalımız