Futbol oyununun qaydaları ilə bağlı tarixi qərar

saytların hazırlanması

Evə çatdırılma

Futbol oyununun qaydaları ilə bağlı tarixi qərar

İdman

04 Mart 2019 01:43 2263


Futbol qaydalarına bir sıra dəyişiklik edilib.“Yeni Sabah” xəbər verir ki, bu barədə  Futbol Assosiasiyaları Beynəlxalq Şurasının (IFAB) Şotlandiyanın Aberdin şəhərindəki 133-cü ənənəvi iclasında qərar verilib.

Dəyişikliklər aşağıdakı kimidir:

1. Əllə oyun haqqında qayda: Hücum edən futbolçu qəsdən və ya bilməyərəkdən əllə qol vursa, bu halda qol qeydə alınmayacaq. Oxşar vəziyyətdə futbolçu qol vəziyyəti yaratsa, oyun dayandırılacaq. Toyuqlu pizza

2. Əvəzetmə haqqında qayda: Əvəzlənən futbolçunun texniki zonaya qədər gəlməsinə ehtiyac olmayacaq. O, özünə ən yaxın yerdən meydanı tərk edə bilər. 

3. Qapıdan zərbə haqqında qayda: Qapıdan zərbə zamanı topun cərimə meydançasından çıxana qədər rəqibin ona toxunmaması qaydası da ləğv olunub.

4.İntizam qaydası: İdmançıya yaraşmayan hərəkətlərə görə meydandan kənardakı texniki heyətə sarı və qırmızı vərəqə göstərilməsi mümkün olacaq.

5.Cərimə zərbəsi haqqında qayda: Cərimə zərbələri zamanı hücum edən komandanın futbolçuları canlı səddən azı 1 metr aralı dayanmalıdır.

6.Mübahisəli top haqda qayda: Bəzi hallarda top baş hakimə dəydikdən sonra "mübahisəli top" təyin olunacaq.

7.Penalti haqda qayda: Penalti zərbələri zamanı qapıçının bir ayağının qapı xəttində olması kifayət edəcək.

Qeyd edək ki, yeni qaydalar 2019-cu ilin iyun ayından etibarən qüvvədə olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!