“Futbol+” sürətlə iflasa yaxınlaşır... - Mahir Rüstəmli

saytların hazırlanması

Evə çatdırılma

“Futbol+” sürətlə iflasa yaxınlaşır... - Mahir Rüstəmli

İdman

08 May 2019 12:23 1535


“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli president İlham Əliyevə müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, baş redaktorun müraciətində  qeyd edilib:

“Bu  il aprelin 1-dən KİVDF heç bir ciddi əsas göstərmədən rəhbərlik etdiyim "Futbol+" qəzetinə ayrılan dövlət yardımını dayandırıb. Qəti şəkildə əminəm ki, KİVDF Müşahidə Şurasının üzvlərinə bu göstəriş Prezident Administrasiyasından, konkret Əli Həsənovdan gedib. Bu ədalətsiz qərarın ləğvinə yardımçı olmağı, çap mediası ətrafında qeyri-sağlam mühit formalaşdıran Əli Həsənov - Vüqar Səfərli tandeminin qanundankənar əməllərini durdurmağı Sizdən vətəndaş-jurnalist kimi xahiş edirəm. Kütləvi saxtakarlıq və pul yeyintisi halları ilə bağlı mötəbər faktları isə ya şəxsən Sizə, ya da ən çox inandığınız Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmilərinə təqdim edə bilərəm. Ona görə ki, başqa hallarda təhlükəsizliyimə təminat yoxdur.  Pepperoni pizza

Yayım və reklam bazarının inhisarda olması, satılan qəzetlərin pulunu da vaxtında ala bilməməyimiz fonunda ölkənin yeganə gündəlik idman nəşri sürətlə iflasa yaxınlaşır. Bizə hansısa şəkildə yardım edin. Bundan sonra baş verə biləcək ən arzuolunmaz hadisələrin məsuliyyəti mənim və ya "Futbol+" kollektivinin yox, konkret Əli Həsənovun, Vüqar Səfərlinin və olaylara seyrçi mövqeyi tutan Mətbuat Şurasının sədri Əflatun Amaşovun üzərinə düşəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!