Futbol tarixində inqilabi qərar

saytların hazırlanması

Evə çatdırılma

Futbol tarixində inqilabi qərar

İdman

12 Fevral 2026 02:09 750


Yaponiya futbol liqasında oyunların heç-heçə başa çatması qaydası ləğv edilib.

"Yeni Sabah" Oxu.az-a xəbər verir ki, yeni eksperimental qayda Yaponiya çempionatının 2026-cı il mövsümündə tətbiq olunur.

Qeyd olunur ki, Yaponiyada yenicə start götürmüş mövsüm qısaldılmış formatda keçiriləcək və may ayınadək davam edəcək. Növbəti mövsümdə isə Yaponiya Futbol Federasiyası Avropada tətbiq olunan "payız-yaz" sisteminə keçid edəcək. pizza mizza

Yeni qaydalara əsasən, çempionat oyunu heç-heçə başa çatdıqdan sonra komandalar dərhal penaltilər seriyasına keçəcəklər.

Oyunun əsas vaxtında qələbə qazanan komanda əvvəlki kimi üç xal qazanacaq. Penaltilər seriyasında qalib gələn komanda iki xal, məğlub olan komanda isə bir xal əldə edəcək.

Artıq çempionatın birinci turu keçirilib və bu tur çərçivəsində dörd matçda qalib penaltilər seriyasından sonra müəyyənləşib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!