Türkiyədə Super Liqa klubunun futbolçularını daşıyan mikroavtobus qəzaya uğrayıb.
“Yeni Sabah” xəbər verir ki, "Kayserispor"la oyundan qayıdan "Alanyaspor"un 7 futbolçusu - Stiven Kaulker, Dlacma, Baiano, Papis Sisse, Velinton, İsaak Saski və Jozef Sural geri dönmək üçün lüks mikroavtobus icarəyə götürüb. Nəqliyyat vasitəsi Antalya-Alanya yolunda qəzaya düşüb. Nəticədə 7 futbolçu yaralanıb. Onlar təcili yardım maşınları ilə xəstəxanaya yerləşdirilib.
Ağır yaralanan çex futbolçu Jozef Suralın həyatını xilas etmək mümkün olmayıb. pizza hut
Telegram kanalımız