Futbolçunun olduğu təyyarədən meyitlərdən biri çıxarılıb

saytların hazırlanması

Evə çatdırılma

Futbolçunun olduğu təyyarədən meyitlərdən biri çıxarılıb

İdman

07 Fevral 2019 14:54 949


Göyərtəsində Uelsin "Kardiff Siti" klubunun futbolçusu Emiliano Sala və pilot Devid İbbotsonun olduğu qəzaya düşən təyyarədən bir nəfərin meyiti çıxarılıb. 

Bu barədə Aviasiya Hadisələrinin Araşdırılması Şöbəsi məlumat yayıb. Təhqiqatçılar hələlik kimin meyitini götürdüklərini açıqlamırlar. 

Qeyd edək ki, Emiliano Sala "Kardiff Siti"yə qış transfer dövründə Fransa "Nant"ından 15 milyon funt sterlinqə keçib. O, Uels təmsilçisinin tarixində ən bahalı transfer olub. Sala Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib. Sonradan axtarış qrupu təyyarəni La Manş boğazından tapıb.  Dominos pizza

Faciəvi hadisəyə baxmayaraq, "Nant" klubu "Kardiff Siti"dən futbolçunun transfer məbləğini tələb edib. 

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!