Futzal millimizin heyəti açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Futzal millimizin heyəti açıqlandı

İdman

01 Aprel 2019 20:19 945


Futzal üzrə Azərbaycan millisi təlim-məşq toplanışı üçün bir araya gələcək. 

“Yeni Sabah” Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komanda aprelin 8-də və 9-da Bakıda məşq edəcək. Ayın 10-dan 12-dək Latviyada, 13-dən 17-dək isə Serbiyada hazırlıq keçəcək yığmamız toplanış çərçivəsində aprelin 11-də və 12-də Latviya, 15-də və 16-da isə Serbiya millisi ilə yoldaşlıq oyunları keçirəcək. 

Komandamızın bu oyunlar üçün heyəti açıqlanıb: Rizvan Fərzəliyev, Rövşən Hüseynli, Oktay Rüstəmli, Nihad İsmayılov, Xətai Bağırov ("Araz"), Fərid Atakişiyev, Namiq Məmmədkərimov, Samir Həmzəyev, Emin Kürdov (EKOL), Vitali Borisov ("Neftçi"), Sezar de Angelis Conatan Luiz ("Jetısu", Qazaxıstan), Teles Martins Tiaqo ("Norilskiy Nikel", Rusiya), Everton Kardoso ("Levante", İspaniya), Fineo de Araujo ("İPC Pelindo", İndoneziya). pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!