Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev 67 yaşında vəfat edib.
Bu barədə "Yeni Sabah"a onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.
S.Vaqifoğlu bildirib ki, bu gün günorta saatlarında müalicə aldığı xəstəxanadan evə buraxılan atasının halı qəfildən pisləşib və vəfat edib. Marqarita pizza
"Bu gün evə gətirmişdik. Hər şey yaxşı idi. Həkimlər də yaxşı olacağını deyirdi. Qəfil ürəyi dayandı".
Qeyd edək ki, Vaqif Vəliyev bir müddət əvvəl səhhətində yaranan problemlərə görə ağır vəziyyətdə “Məlhəm” hospitala yerləşdirilmişdi. O bu gün günorta saatlarında palatadan evə buraxılmışdı.
Aydan Hacı
Telegram kanalımız