Füzuli sakini dövlət agentliyindən narazıdır

saytların hazırlanması

Evə çatdırılma

Füzuli sakini dövlət agentliyindən narazıdır

Xalqın səsi

07 Mart 2023 11:51 66108


Füzuli rayon sakini Xankişiyev Ayaz Ənvər oğlu Dövlət Məşğulluq Agentliyinin Füzuli xidmət şöbəsində qarşılaşdığı problemi ictimailəşdirib.

“Yeni Sabah”a müraciət edən A. Xankişiyev bildirib ki, o 2019-cu ildə özünüməşğulluq proqramı çərçivəsində heyvanla təmin olunması üçün Agentliyin yerli idarəsinə müraciət edib.

Sakin bildirir ki, həmin vaxtdan 4 il keçsə də onun müraciəti baxılmamış qalıb: Dominos pizza

“Hər dəfə idarədən mənə yaxın vaxtlarda heyvan veriləcəyi bildirilir. Bu vədlərlə 4 ildir gözləyirəm. Əvvəl mənə iribuynuzlu heyvan veriləcəyi bildirilirdi. Sonradan bunu xırdabuynuzlu heyvanla əvəz etdilər. Bu dəyişikliyə heç bir etirazım yoxdur. Uzun illərdir işsizəm və ailəmizin dolanışığı üçün bu proqramdan yararlanmaq istəyirəm”.

A. Xankişiyev deyir ki, çarəsizlikdən bir neçə ay işğaldan azad olunmuş ərazilərdə kiçik maaşla fəhlə işləməyə məcbur olub. Bu zaman onu dərhal proqramdan çıxarıblar: “Oradakı işim qısamüddətli idi və işdən çıxandan sonra yenidən müraciət etmişəm, qeydiyyata alıblar. Lakin yenə də vaxt uzadılır”.

Agentliyin Fizuli rayon xidmət şöbəsinin müdiri Rauf Məmmədov müraciətlə bağlı “Yeni Sabah”a heç bir açıqlama verə bilməyəcəyini, bunun üçün Agentliyin müvafiq sektoruna rəsmi müraciət edilməsinin vacib olduğunu deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!