Füzulidə ağır yol qəzası:   1 nəfər öldü, 4-ü yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Füzulidə ağır yol qəzası: 1 nəfər öldü, 4-ü yaralandı

Hadisə

17 Fevral 2026 00:10 458


Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi qeydə alınıb.

Belə ki, "QAZel" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub. pizza sifarişi

Nəticədə minik avtomobilində olan 44 yaşlı Beyləqan rayon sakini Tərgül Allahyar qızı Mirzəyeva hadisə yerində keçinib.

"Mercedes"in sürücüsü Bakir Qardaşxanov və onun sərnişinləri - Qalsanov Sərvan Mahmud oğlu, Ağalarzadə Rauf Vüqar oğlu və Atakişiyeva Brilyant Təbriz qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!