Füzulidə tövlə yandı, alov kitabxanaya keçdi

saytların hazırlanması

Evə çatdırılma

Füzulidə tövlə yandı, alov kitabxanaya keçdi

Hadisə

05 Sentyabr 2025 14:31 264


Füzuli rayonunda yanğın hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Füzuli rayonunun 8 №-li Qayıdış qəsəbəsində ümumi sahəsi 350 kv.m olan qamış, taxta və dəmir konstruksiyalardan ibarət tövlə 150 kv.m sahədə, yaxınlıqda yığılan 80 ton ot bağlamasının 20 tonu, sahəsi 140 kv.m olan birmərtəbəli kitabxananın dam örtüyünün taxta atmaları 2 kv.m sahədə və bir ədəd pəncərə çərçivəsi yanıb. Marqarita pizza

Tövlənin, ot bağlamalarının, kitabxananın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!