Füzulidə yem emalı müəssisəsi istifadəyə verilib

saytların hazırlanması

Evə çatdırılma

Füzulidə yem emalı müəssisəsi istifadəyə verilib

İqtisadiyyat

18 Aprel 2019 16:32 1034


Füzulinin Alxanlı kəndində Azərbaycan və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə reallaşdırılan "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində yem emalı müəssisəsi istifadəyə verilib.

İqtisadiyyat Nazirliyindən “Yeni Sabah”a verilən məlumata görə, bununla bağlı nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov, Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Süleyman Əliyev və SEDA layihəsinin nümayəndələri regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrasının, yem emalı müəssisəsinin istifadəyə verilməsinin aqrar sektorda mikro və kiçik sahibkarlığın inkişafında, heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətin genişləndirilməsində, yemə olan tələbatın ödənilməsində və məşğulluğun artırılmasında əhəmiyyətli olduğunu qeyd ediblər.

Yem emalı müəssisəsində istehsal sahəsi və anbar inşa olunub, müvafiq avadanlıqlar quraşdırılıb. Alxanlı ilə yanaşı, ətraf kəndlərdə yaşayan sakinlər də yem emalı müəssisəsindən istifadə edə biləcəklər. pizza hut

Birgə layihə çərçivəsində bu günədək 14 rayonda 25 yem emalı müəssisəsi istifadəyə verilib.

Tədbirdə kənd sakinləri yemə olan tələbatın ödənilməsi, heyvandarlığın inkişafı baxımından yem emalı müəssisələrinin əhəmiyyətli olduğunu vurğulayıblar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!