G7 sammitinın keçirilmə vaxtı Trampın ad günü səbəbindən dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

G7 sammitinın keçirilmə vaxtı Trampın ad günü səbəbindən dəyişdirildi

Siyasət

09 Yanvar 2026 21:36 804


Fransa ABŞ Prezidenti Donald Trampın 80 illik yubileyi günündə - 14 iyunda Ağ Evdə keçirilməsi planlaşdırılan UFC turniri ilə üst-üstə düşməməsi üçün "Böyük Yeddilik" (G7) ölkələri liderlərinin sammitinin vaxtını dəyişmək qərarına gəlib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Politico" nəşri sammitin təşkili ilə tanış olan mənbələrə istinadən xəbər verir.

İlkin olaraq G7 liderlərinin görüşü iyunun 14-də - ABŞ-də Bayraq Günü və Trampın ad günündə keçirilməli idi. Toyuqlu pizza

Lakin ötən ilin oktyabrında ABŞ lideri Ağ Evin cənub qazonunda 5 minə yaxın tamaşaçının gözlənildiyi UFC döyüşünün keçiriləcəyini anons edib. Bununla əlaqədar olaraq, Fransa sammiti 15-17 iyun tarixlərinə keçirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!