“Dürüst olmağın zəif cəhətləri var,bəzən hiyləgər insanların toruna düşürsən.
İndi başa düşürəm ki,mən də bunların hiyləgər niyyətlərini görmədiyim üçün aldanmışam, səhv etmişəm”.
“Yeni Sabah” xəbər verir ki, bunu bir müddət əvvəl Vəkillər Kollegiyasından uzaqlaşdırılan vəkil İradə Cavadova deyib. O, bildirib ki, vəkillik fəaliyyəti boyunca daim haqqın və ədalətin yanında olub, ədalətli mövqedə olan hüquqşünas və vəkil kollegalarıma dəstək verib: “Lakin o zamanlar Yalçının Kollegiyadan uzaqlaşdırıldığını RH-dəki səsvermədə, onu dəstəkləməyim görünür qaranlıq gücləri çox hirsləndirmiş oldu ki, o vaxt da ilk bəhanə ilə mənim uzaqlaşdırılmağım üçün qərar verib, icrasını indiki sədrə tapşırdılar. pizza hut
Vətəndaşların hüquqlarını qorxmadan müdafiə edəcək bütün müstəqil hüquqşünasları və vəkilləri təmizləməyə qərarlıydılar, bu səbəblə də nümayəndəlik institutunu da ləğv etdilər.
Etiraf edirəm ki,nümayəndəlik institutu ləğv olunanda səhv mövqe tutmuşdum. Çünki o vaxt bunların həqiqi niyyətini başa düşməmişdim. Hesab edirdim ki, hüquqi savadı olmayanlar nümayəndəlik etməyəcək, savadlı hüquqşünas dostlarım da kollegiyaya qəbul olunub vəkil vəsiqəsi alacaqlar.
O vaxt mənə də deyilmişdi ki, yaxın bir zamanda kollegiya üzvlərinin sayını 10 min nəfərə çatdıracaqlar. Təxmin edə bilmədim ki, bunlar 1 nəfər də olsa müstəqil, sözünü deyə bilən hüquqşünası kollegiyaya almayacaqlar.
Gec də olsa, bu səhvimi etiraf edirəm. Bizi aldadaraq, bölərək, bir-birimizə düşürərək, tək-tək sıradan çıxarırlar. Bunu dərk edib, digər kolleqalarımızı qorumaqdan çəkinməməliyik. Onların sayı tək-tük qalıb, gərək onları qorumağı bacaraq”.
Telegram kanalımız